Rusiya dövlət sərhədlərinin müəyyənləşdirilməsində böyük təcrübə toplamışdır və bu məsələdə Azərbaycan və Ermənistana məsləhətçi yardım göstərməyə hazırdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Valday” beynəlxalq müzakirə klubunun Orta Asiya konfransı çərçivəsində TASS agentliyinin sualına cavab olaraq deyib.
"Bakı və Yerevan tərəfindən müvafiq müraciət aldıqda, Rusiya bu prosesdə məsləhətçi yardım göstərməyə hazırdır. Qazaxıstan, Çin və digər ölkələrlə sərhədlər boyunca demarkasiya ilə bağlı çox işlər görmüşük. Bu cür işlərdə təcrübə toplamışıq"- deyə baş nazir müavini bildirib.
Rudenko qeyd edib ki, demarkasiya məsələsinin həll olunmasının nəticəsi dövlət sərhədinə dair razılaşma olmalıdır.