Avropa Parlamentinin bugünkü iclasında Erməni əsirləri və insan haqlarının pozulması ilə bağlı məsələlər müzakirə edildi. Avropa Parlamentinin deputatı Andrey Kovaçev qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və müharibədən sonra əsir götürülmüş bütün hərbçilər və mülki şəxslər azad edilməlidir.
“Rəsmi Bakı imzalanmış üçtərəfli bəyanatı yerinə yetirməlidir, bütün hərbi əsirlərin, tutulanların və ölənlərin cəsədləri dəyişdirilməsi olmalıdır. Lakin Azərbaycan tərəfi bu insanları terrorçu və ya cinayətkar adlandırır”,- deyə Kovaçev qeyd etdi.
O bildirdi ki, əsirlər Cenevrə Konvensiyası ilə qorunur və onlar vətənə geri göndərilməlidir.
“Bakı, erməni hərbçilərin qeyri-insani obrazları ilə nümayiş olunan qondarma "hərbi qənimət parkı” bağlamalıdır, bu nifrəti daha da gücləndirir”,- deyə o qeyd etdi.