Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyan arasında telefon danışığı olub.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Nazirlər regiondakı vəziyyəti və Qarabağdakı Rusiya sülhməramlıların qarşısına qoyulan tapşırıqların icra vəziyyətini, qarşılıqlı maraq doğuran başqa məsələləri müzakirə ediblər.
Vağarşak Harutyunyan Azərbaycan SQ-i tərəfinin təxribatları nəticəsində yaranmış vəziyyəti və erməni tərəfinin hərəkətlərini təqdim etdi. İki tərəf də məsələnin sülh yolu ilə nizamlanmasının vacibliyini qeyd etdi.
Eyni zamanda, ER Müdafiə nazirinin vəzifəsimni icra edən Harutyunyan vurğulayıb ki, ER suveren ərazilərinə qarşı təcavüzlər qəbuledilməzdir və azərbaycanlı hərbçilər öz mövqelərinə dönməlidirlər.