Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinə ehtiyac olduğundan danışırlar. Bu barədə Nikol Paşinyan bildirdi.
“Beynəlxalq ictimaiyyət qeyd edir ki, Dağlıq Qarabağ məsələsi həll olunmayıb və həll olunmalıdır. Azərbaycan indi Ermənistanın ərazisinə zorla daxil olub”,- deyə Paşinyan vurğuladı.
Nikol Paşinyan qeyd etdi ki, uzunmüddətli sülh prosesinin başlanması üçün Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisindən çıxmalıdır.