Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Rusiyanın Ermənistan və Azərbaycan arasında demarkasiya işlərinin başlanması təklifinə dair Ermənistanın mövqeyini təqdim etdi.
“Mayın 18-də Rusiya tərəfindən Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında demarkasiya işlərinə başlamaq barədə təklif oldu.
Buna cavab olaraq, erməni tərəfi vurğuladı ki, əvvəlcə Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri Ermənistan Respublikasının suveren ərazisindən çıxmalıdır və ancaq bundan sonra bu cür müzakirələr üçün şərait yaradılacaq.
Armen Grigoryan yaranmış vəziyyətinin həlində Rusiya tərəfinin səylərini yükəsk qiymətləndirdi. O eyni zamanda qeyd etdi ki, Ermənistan Respublikası üçün ərazi bütövlüyünün tam qorunması müzakirə mövzusu ola bilməz.
“Qeyd edirik ki, Azərbaycan tərəfinin son hərəkətləri Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarla öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsinə yönəlib”,- deyə Armen Grigoryan bildirdi.