Bu gün Avropa Parlamentində Erməni Soyqırımını tanıma çağırışını təsdiqləyən qətnamə səsverməyə çıxarılacaq. Bu barədə məlumatı Ermənistabın Belçikadakı səfirliyi yaydı.
Səfirlik bildirdi ki, bununla Türkiyəni də ermənilərə qarşı təbliğatından və nifrət nitqindən çəkinməyə və erməni mədəniyyətini qorumaqla bağlı öhdəliklərinə tam hörmət göstərməyə çağırırlar.
“Hesabatda bir neçə dəfə Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mənfi roluna da toxunulub. ”
-Qətnamə Türkiyənin ATƏT-in Minsk Qrupunun himayəsi altında hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırmaq əvəzinə, Azərbaycanın hərbi əməliyyatlarını dəstəkləməsi qınayır.
-Suriyadan və digər yerlərdən muzdluların Dağlı Qarabağa gətirilməsi də pislənilib. Bu faktı, ATƏT Minsk qrupunun həmsədr ölkələri də təsdiqləyiblər.
-Türkiyəni bir daha Cənubi Qafqazda gərginliyi artıra biləcək hər hansı bir hərəkət və ya ritorikadan çəkinməyə çağırılır.
-Suriyanın şimalındakı cihadçı qruplardan muzdluların Liviyaya və Dağlıq Qarabağ münaqişəsi zonasına gətirilməsi də kəskin şəkildə pislənilib.
Bundan başqa
- Türkiyə hökumətini, Türkiyədə yaşayan etnik və dini azlıqların, o cümlədən erməni mənşəli vətəndaşların, xristianların hüquqları qormağa və ayrı-seçkiliyi qadağan edən qanunvericiliyi qəbul etməyə çağırıblar”,-deyə qeyd olunub.