РИА Новости yazır ki, Moskva sərhədlərin demarkasiyası işlərində Yerevana və Bakıya kömək etməyə hazırdır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Tərəflər arasında əldə edilən ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin demarkasiya və delimitasiyasına başlamasına səy göstərmək üçün təklif irəli sürüb.
Bu məqsədlə Azərbaycan-Ermənistan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişik. Eyni zamanda Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakını təklif etmişik”,-deyə diplomat qeyd etdi.