Mayın 19-da ER Müdafiə nazirinin vəzifəsini icra edən Vağarşak Harutyunyan Qazaxıstanın Ermənistandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbayevi qəbul etdi. Görüşdə Qazaxıstanın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Kencebek Orinbayev də iştirak edib.
ER Müdafiə nazirinin vəzifəsini icra edən Harutyunyan səfirin fəal və səmərəli işinin Ermənistan-Qazaxıstan dövlətlərarası münasibətlərinin və siyasi dialoqun möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirdi.