Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı medianın sorğularına cavab olaraq, Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir:
“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti narahatla izləyirik. Hərbi hərəkatlarla sərhədə daxil olmalar vəziyyətin sabitliyini pozur və yeni hərbi əməliyyatlara səbəb ola bilər. Sərhədi pozan tərəfi dərhal qüvvələrini çıxarmağa və təxribatlardan çəkinməyə çağırırıq.
Hindistan həmişə ikitərəfli mübahisələrin siyasi və diplomatik vasitələrlə sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Cənubi Qafqaz bölgəsində sülh və sabitlik regional təhlükəsizlik üçün vacibdir".