Mayın 19-da Düşənbədə dar, daha sonra genişləndirilmiş formatda KTMT Xİ Nazirləri Şurasının iclası keçirilib. ER nümayəndə heyətini Ermənistan Xarici İşlər Naziri vəzifəsini icra edən Ara Ayvazyanın rəhbərlik edib.
Əvvəlki gün keçirilən müzakirələrin davamı olaraq, ER Xİ naziri vəzifəsini icra edən Ayvazyan KTMT-nin Qafqaz bölgəsindəki təhlükəsizlik vəziyyətini ətraflı təqdim edərək, Azərbaycan SQ-nin ER sərhədyanı bölgələrinə daxil olması səbəbindən vəziyyətin gərginləşməsinə diqqət çəkib.
"Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə daxil olması KTMT-yə üzv dövlətinin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi üçün birbaşa təhdiddir, bu da Təşkilatın kollektiv təhlükəsizlik sistemi üçün çağırışdır”- deyə Ayvazyan qeyd edib.
ER Xİ nazirinin vəzifəsini icra edən Ayvazyan həmkarlarına bildirib ki, indiki vəziyyətdə KTMT-nin fövqəladə hallara cavab proseduru aktuallaşır və orada vəziyyəti monitorinq etmək, yerində vəziyyəti qiymətləndirmək və gələcək tədbirlər barədə təkliflər hazırlamaq məqsədilə müvafiq çoxtərəfli missiyanın yaradılması məsələləri qeyd olunur.
Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ara Ayvazyan vurğulayıb ki, Azərbaycan tərəfindən güc tətbqi münaqişənin həllinə səbəb ola bilməyəcək: münaqişə, yalnız siyasi-diplomatik platformada, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında və həmin vasitəçilik missiyası tərəfindən hazırlanmış prinsiplərin birgə və hərtərəfli həyata keçirilməsi əsasında həll olunmalıdır.
İclasın nəticəsi olaraq Xİ nazirləri KTMT-yə üzv dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığa yönəlmiş bir sıra sənədləri qəbul edib.
Nazirlər görüşü başlamazdan əvvəl KTMT-yə üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və KTMT Baş katibi Tacikistan Prezidenti Emomali Rahmoni ilə görüüblər.