Ermənistanda son sutkada koronavirusa 229 yoluxma qeydə alınıb, 286 nəfər sağalıb.
Məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 221 368-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 11 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 357-yə yüksəlib.
Koronavirusa yoluxan 209 508 nəfər sağalıb. Hazırda 6 436 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1046412 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1067 nəfərdir.