ABŞ Dövlət Departamenti müvafiq səfirlikləri ilə öz vətəndaşlarını COVİD-19 səbəbindən Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib.
Ermənistanda ehtiyatlı olmağın əsas səbəbi COVID-19-dur. Amerikalı turistlərə son hərbi əməliyyatlar səbəbindən Dağlıq Qarabağın ətraf bölgələrini ziyarət etmələri tövsiyə edilmir. "Bölgədə gərginlik qalmaqdadır, giriş məhdudlaşdırıldığı üçün ABŞ hökuməti Dağlıq Qarabağ və ətrafındakı ABŞ vətəndaşlarına təcili yardım göstərə bilmir"- deyə qeyd olunub.
Turistlərə Ermənistan-Azərbaycan sərhədindən uzaq durmağı da tövsiyə edilib, çünki bəzi hissələr xəbərdarlıqsız beynəlxalq sərhədi keçir.
ABŞ Dövlət Departamenti Azərbaycanı turistlər üçün yalnız COVID-19 səbəbidən deyil, həm də terror təhlükəsi səbəbindən təhlükəli hesab edir. Turizm yerləri, nəqliyyat mərkəzləri, bazarları/ticarət mərkəzləri, yerli idarəetmə obyektləri, otellər, klublar, restoranlar, ibadət yerləri, parklar, böyük idman və mədəni tədbirlər, təhsil müəssisələri, hava limanları və digər ictimai yerilərdə diqqətli olmağı tövsiyə olunur, çünki terroristlər heç bir xəbərdarlıq etmədən belə hücum edə bilər.