İsrail və Fələstin arasındakı vəziyyətin Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə olunmasını istəmirik. Bu barədə TASS agentliyinə verdiyi müsahibədə Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofal qeyd edib.
Fələstin səfiri vurğulayıb: "Ermənistan və Azərbaycan ilə yaxşı münasibətlərimiz var, Türkiyə ilə də yaxşı münasibətlərimiz var".
Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaranın Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycan üçün olduğu kimi Fələstinə də dəstək verəcəyini söyləmişdi.