Azərbaycan SQ-i tərəfindən Ermənistan-Azərbaycan sərhədində 12-13 mayda törədilmiş təxribatlardan sonra yaranmış vəziyyət 18 mayda da dəyişməz olaraq qalır. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Vəziyyət nisbətdən sakitdir, erməni Silahlı Qüvvələrinin bölmələri ER ərazisinə daxil olmuş azərbaycanlı hərbçilərə arxadan təmin etmə cəhdlərinin qarşısını alırlar.
Həm Syunikdə, həm də Geğarkunikdə vəziyyət ER SQ-nin tam nəzarətindədir. Mövcud vəziyyətin tam həllinə dair danışıqların sabah, 19 mayda davam edəcəyi nəzərdə tutulur.
Ermənistan Respublikasının Silahlı Qüvvələri, məsələnin sülh yolu ilə həll olunmasının vacibliyini və Ermənistan Respublikasının suveren ərazilərinə təcavüzlərin qətiliklə yolverilməz olduğunu vurğulayaraq hər inkişafa hazırdırlar.
Azərbaycanlı hərbçilər Ermənistan Respublikası ərazisini əvvəlcədən şərt qoymadan tərk etməli və bundan sonra bu cür təxribatlardan çəkinməlidir.