ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri müzakirə etdi.
Cənab Sallivan Birləşmiş Ştatların Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişafa sadiq olduğunu qeyd edib. Bu barədə Ağ Evin bəyanatında deyilir.
Sallivan Ermənistan və Azərbaycan arasında münasibətlərdə bu yaxınlarda baş vermiş gərginliklə bağlı narahatlığını bildirib və hərbiçilərin demarkasiyası həyata keçirilmiş sərhədlər yaxınlığında hərəkətinin məsuliyyətsizlik olduğunu və təxribat xarakteri daşıdığını vurğulayıb.
O, iki tərəf arasında davam edən əlaqələri və hər iki liderin bu məsələnin sülh yolu ilə nizamlanmasına sadiqliyini alqışlayıb. Bundan başqa, o, iki ölkə arasında beynəlxalq sərhədlərinin demarkasiyası ilə bağlı rəsmi danışıqlar aparılması zərurətini vurğulayıb.
Sallivan həmçinin Birləşmiş Ştatların ikitərəfli qarşılıqlı fəaliyyət vasitəsilə və Minsk Qrupunun həmsədri qismində regionda sülhə nail olunmasına sadiqliyini dilə gətirilib.