Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko İranın Moskvadakı səfiri Kazem Cəlali ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər, Qarabağ problemi də daxil olmaqla, regional gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.