Rusiya XİN Syunikdəki vəziyyəti şəhr edib. Xüsusilə qeyd olunub:
“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Rusiya tərəfi gərginliyi azaltmaq üçün Bakı və Yerevanla ən yüksək və ali səviyyədə davamlı təmas saxlayır. Əlaqələr bizim ölkələrimizin hərbi və sərhəd xidmətləri vasitəsilə saxlanılır.
Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyini bir daha təsdiqləyirik.
Bundan irəli gələrək belə hallar sülh yolu ilə, danışıqlar vasitəsilə həll edilməlidir. Uzunmüddətli həll qismində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və daha sonra demarkasiyası prosesinin başlamasında görürük. Rusiya Federasiyası Cənubi Qafqazda vəziyyətin ardıcıl şəkildə normallaşmasına təşviqi davam etdirməyə hazırdır”,- deyə Rusiya XİN-in şərhində qeyd olunub.