Azərbaycan SQ-i tərəfindən Ermənistan-Azərbaycan sərhədində 12-13 mayda törədilmiş təxribatlardan sonra yaranmış vəziyyət 18 mayda da dəyişməz olaraq qalıb. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Vəziyyət nisbətdən sakitdir. Ermənistan Müdafiə Nazirliyi məsələnin sülh yolu ilə həll olunmasının vacibliyinə əhəmiyyət verir və məsələni sülh yolu ilə həll etməklə bağlı səsləndirilən çağırışları nəzərə alaraq, bu istiqamətdə müxtəlif ölkələr və beynəlxalq qurumlar tərəfindən göstərilən səyləri yüksək qiymətləndirir.
Ancaq, ağlabatan bir müddət ərzində sülh yolu ilə həll yolu tapılmayacağı təqdirdə, yəni azərbaycanlı hərbçilərin şərtlər qoymadan mövqelərinə qayıtmaması halında, ER Silahlı Qüvvələri problemi başqa yollarla və hətta güc tətbiqi ilə həll etmək hüququnu özündə saxlayır.
Bir daha bəyan edirik ki, ER süveren ərazilərinə qarşı istənilən təcavüz yolverilməzdir. Azərbaycanlı hərbçilər Ermənistan Respublikası ərazilərini tərk etməlidirlər.