Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla daim təmasdadır. Məlumatı TASS yayıb.
“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün böyük səylər göstərilir”.
Peskov, Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyandan hərbi yardımla bağlı məktub alıb-almadığına dair sualına cavab verməkdə çətinlik çəkib. O sadəcə qeyd edib ki, “bütün bu məsələlər dəfələrlə ikitərəfli təmas zamanı müzakirə olunub” və əlavə edib ki, Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla daim təmasdadır.