ER Baş naziri səlahiyyətini icra edən Nikol Paşinyanın rəhbərliyində Təhlükəsizlik Şurasının iclası keçirildi.
İclasın əvvəlində Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və onun həlli üçün atılan addımlara toxundu.
Nikol Paşinyan çıxışında qeyd edib:
“Hörmətli həmkarlarım, Təhlükəsizlik Şurasının bugünkü iclasında son günlərdə olduğu kimi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etməliyik. Mayın 12-dən sonra, Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistanın sərhəd xəttini keçdilər. Hadisələrin dinamikası belə olub: Bu ayın 14-dən başlayaraq bəzi hərbi qulluqçular ER ərazisindən çıxdılar. Oxşar proses eləcə də dünən axşam baş verib və bu gün də baş verə bilər. Ümumiyyətlə, hərbi-siyasi vəziyyətin ayın 12-dən sonra dəyişmədiyini düşünürəm. Yəni, hərbi-siyasi baxımdan böyük dəyişiklik olmadı. Bəzi qruplar gedib. Amma bundan vəziyyət dəyişilməyib.
Bu nə deməkdir? Bu o deməkdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərini işlətməyə davam etməliyik, Ermənistan-Rusiya ittifaq mexanizmlərini işə salmağa davam etməliyik. Bizim mövqeyimiz aydındır - azərbaycanlı əsgərlər Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər”.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan Respublikası heç vaxt dəhliz məsələsini müzakirə etməyib və etməyəcəkdir. Keçirilmiş müzakirələr isə ictimaiyyət üçün açıq olub.
“Demək istərdim ki, bölgədə kommunikasiyaların açılması siyasi gündəmimizdədir, amma bunun bu gün Azərbaycanda və Ermənistanda müəyyən siyasi dairələr tərəfindən təbliğ olunmağa davam edən “dəhliz” təbliğatı ilə heç bir əlaqəsi yoxdur.
Vurğulamaq istədiyim növbəti məsələ sərhədləri dəqiqləşdirmə prosesidir. Kommunikasiya yollarının açılması və sərhədlərin dəqiqləşdirilməsi prosesi həm Ermənistana, həm də Azərbaycana lazımdır. Sərhədlərin dəqiqləşdirilməsi baxımından belə bir incəlik mövcuddur: Son vaxtlar Azərbaycan təbliğatı sərhəd dəqiqləşdirilməsi prosesinin ikili formatda aparılması lazım olduğunu bildirir. Ancaq, Ermənistanla Azərbaycanın bir-biri ilə münasibətləri olmadığı üçün belə bir şey ola bilməz. Kommunikasiyanın açılması və sərhədlərin müəyyənləşdirilməsi prosesi bir neçə dəfə razılaşdırılmış üçlü formatda baş verməlidir. Fikrimcə, Azərbaycan silahlı qüvvələrinin hərbi-siyasi rəhbərliyinin əməllərinin məqsədi həmin razılaşmaların pozulmasıdır.
Gələcək işlər barədə dünən gedən danışıqlar, çərşənbə günü davam edəcəkdir. Danışıqların bir mövzusu var - Azərbaycan silahlı qüvvələrinin əsgərləri Ermənistan Respublikasının ərazisini tərk etməlidirlər. Bu baş verənə qədər vəziyyəti Ermənistan Respublikasının suverenliyinə, sabitliyinə və ərazi bütövlüyünə təhlükə yaradan bir böhran kimi dəyərləndiririk”.
Paşinyanın sözlərinə əsasən, problemin siyasi yollarla həllini tapmaq üçün hərəkətə keçməliyik, nəticə olmadığı zaman isə, hərbi-siyasi mexanizmlər eyni məntiqdə tətbiq olunmalıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya sazişləri ilə nəzərdə tutulan funksiyalar və bu sazişlər məhz belə hallar üçün hazırlanmışdır və biz leqitim hüquqdan istifadə edərək həmin prosesslərə start verməyə təşəbbüs etmişik.