Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan və KTMT Baş katibi Stanislav Zasa arasında telefon danışığı olub.
Telefon danışığının əsas mövzusu son günlərdə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi idi. Bu kontekstdə Armen Griqoryan Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət barədə Stanislav Zası məlumatlandırdı.
Armen Grigoryan qeyd etdi ki, Azərbaycan tərəfinin tələblətinin heç bir əsası yoxdur.
Tərəflər KTMT daxilində vəziyyəti tez və tamamilə həll etməyə imkan verən mövcud mexanizmləri müzakirə etdilər.
Stanislav Zas qeyd etdi ki, səlahiyyətləri daxilində məsələnin sülh yolu ilə həllinə yönəlmiş addımların həyata keçirilməsinə fəal töhfə verəcək.