11 Yanvar 2021-ci il tarixli bəyanatın bədnlərind uyğun olaraq yaradılan işçi qrupunda "Zangezur Dəhlizi" və ya başqa bir dəhliz məsələsi müzakirə edilməyib və edilmir. Bu barədə ER Baş nazirinin müavini Mher Grigoryanın ofisindən “Haykakan Zhamanak”ın sorğusuna cavab olaraq məlumat verilib.
Xatırladaq ki, mayın 10-da Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, "Zəngəzur dəhlizi" olacaq. O qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinləri səviyyəsində yaradılan işçi qrup ciddi addımlar atıb. Əliyev həmçinin bildirib ki, Ermənistan dəmir yollarının sahibi "Rusiya Dəmir Yolları”dır, bu səbəbdən də Bakı bu məsələni Rusiya tərəfi ilə daha çox müzakirə edir.
Mher Grigoryan ofisindən bildirilib ki, bölgədəki nəqliyyat əlaqələrinin blokdan çıxarılması üçün baş nazir müavinləri səviyyəsində müzakirələr aparılır.
“Həm də məlumdur ki, "Rusiya Dəmir Yolları" ASC-nin Ermənistan dəmir yollarının sahibi deyil, dəmir yolu infrastrukturunun sahibi Ermənistan Respublikasıdır”- Baş nazir müavinin ofisindən bildirilib.