“İran İslam Respublikasının mövqeyi çox açıq-aydın və qətiyyətlidir. Bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmirik, bölgə ölkələrinin ərazi bütövlüyü qorunmalıdır, sərhədlərimiz yaxınlığında bölgədən kənar bir güc qəbul etmirik. Ermənistan ərazilərinin bir hissəsini almaq və sərhədlərimiz dəyişdirmək istəyirlərsə, yəni yeni bir qonşumuz olsa, bizim üçün məqbul olmayacaqdır. Keçmişin sərhədləri tamamilə qorunmalı, İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır”,-deyə İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət üzrə Komitəsinin sədri Moctaba Zolnuri bildirib.
Onun sözlərinə görə, iki ölkənin ərazi bütövlüyünü qorumaq hüququ var: ”Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı mövqeyini, Ermənistanın ərazi bütövlüyünü, ərazisini və İranla sərhədini qorumaqla bağlı mövqeyini də dəstəkləyirik. Hər iki ölkə ilə qonşuyuq, əvvəlki vəziyyətə əsaslanaraq, bölgədə heç dəyişiklik qəbul etmədən, hər iki ölkənin ərazi bütövlüyünü dəstəkləyirik”,-Zolnuri Tehranda “Sputnik”-in jurnalistinin sualına cavab olaraq deyib.