Fransa xarici işlər naziri Jan-İv Le Drian Bakı və Yerevanı Azərbaycan qoşunlarının Ermənistan ərzisindən çıxarılması barədə razılığa gəlməyə çağırdı.
Bu barədə Fransanın XİN başçısı Ermənitan və Azərbaycan xarici işlər nazirləri ilə telefon danışıqlarının nəticələrindən sonra bildirdi.
“Fransanın xarici işlər naziri Ermənistan-Azərbaycan sərhədindəki son gərginliyi ilə bağlə dərin narahatlığını və Fransanın Ermənistanın ərazi bütövlüyünü qorumaq öhdəliyindən xatırlatdı. Fransa vəziyyəti yaxından izləyir, tərəfləri Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən dərhal çıxarılmasını təmin etmək üçün danışıqları davam etdirməyə çağırır”,- deyə Fransanın XİN bəyanatında qeyd olunub.