Bu gün səhər ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərliyində ER Təhlükəsizlik Şurasının iclası keçirilib.
Paşinyan qeyd edib ki, TŞ iclasından sonra Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində gərginlik və Azərbaycan qüvvələrinin təcavüzkar meyllərinin artımı mövcuddur.
“Daxili təhlükəsizlik tədbirlərinə əlavə olaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi və Ermənistan-Rusiya strateji sistemi çərçivəsində reaksiya prosedurlarını daha da aktivləşdirir”,-deyə Paşinyan facebookda qeyd etdi.