ER Xarici İşlər Nazirliyinin sözçüsünün Ermənistanın sərhədyanı bölgələrindəki vəziyyətə beynəlxalq reaksiyalar ilə bağlı şərhi:
“Azərbaycan tərəfinin Ermənistanın suveren ərazilərinə girməsini bir daha vurğulayırıq. Beynəlxalq tərəfdaşlarımızın Azərbaycana silahlı birləşmələrini dərhal Ermənistan ərazisindən çıxarması çağırışlarını yüksək qiymətləndiririk.
ER Xarici İşlər Nazirliyi ümid edir ki, Azərbaycan tərəfi bu çağırışlara qulaq asacaq və vəziyyəti daha da gərginləşdirməyəcəkdir.
Ermənistan Respublikası ərazi bütövlüyünü təmin etmək üçün bütün tədbirləri görməyə qərarlıdır və bu barədə müxtəlif platformalarda həmkarlarına məlumat vermişdir”.