ER Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, 12-13 mayda “sərhədlərin tənzimlənməsi” adı altında Azərbaycan SQ-i tərəfindən ER Syunik və Geğarkunik bölgələrinin bəzi sərhədyanı hissələrinə qarşı törədilmiş təxribatdan sonra yaranmış vəziyyət mayın 15-ə olan məlumatlarla hələ öz həllini tapmadı.
Erməni bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan hərbçiləri bəzi hissələrini tərk etməli oldular, amma bəziləri hələ də Ermənistan Respublikasının ərazisindədir.
Ermənistan Respublikası Silahlı Qüvvələri vəziyyətin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayır, bununla birlikdə Ermənistanın suveren ərazilərinə təcavüzün qətiliklə yolverilməz olduğunu bəyan edir və Azərbaycan tərəfi ilkin şərtlər olmadan başlanğıc mövqelərinə qayıtmalıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan silahlı qüvvələrinin irəliləməyə çalışdığı hər üç istiqamətdə bütün ərazi, hərbçilər və onların yolları Ermənistan silahlı qüvvələrinin tam nəzarəti altındadır.
Münaqişənin sülh yolu ilə həlli üçün 12 mayda başlayan danışıqların bu gün də davam edəcəyi gözlənilir.