ER Xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan mayın 14-də KTMT Baş katibi Stanislav Zas ilə telefon danışığı aparıb.
Tərəflər, mayın 12-dən bəri ER dövlət sərhədindəki vəziyyət və onun həlli istiqamətində atılan addımlarla bağlı müzakirələri davam etdiriblər.
ER XİN rəhbəri vəzifəsini icra edən Ara Ayvazyan KTMT Baş katibi Stanislav Zasa bildirib ki, Baş nazir vəzifəsini icra edən şəxsin adından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kolektiv Təhülkəsizlik Şurasının sədri, Tacikistan przidenti Emoməli Rəhmona və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinə müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş məsləhətləşmə prosedurunun həyata keçirilməsi xahişi ilə məktublar göndərilib.
Prosedurda nəzərdə tutulan gələcək proseslər barədə fikir mübadiləsi aparılıb.