Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla Fransa Prezidenti Emanuel Makron arasında telefon danışığı olub.
Ermənistanın və Fransa liderləri Azərbaycanın silahlı qüvvələrinin Syunik vilaytində Ermənistanın suveren ərazisinə zorla daxil olunması nəticəsində yaranmış vəziyyəti və onun həlli üçün atılan addımları müzakirə etdilər.
Fransa Prezidenti məsələnin sülh yolu ilə həll olunmasında Ermənistan rəhbərliyinə və erməni xalqına dəstəyini bildirdi.
Emanuel Makron qeyd etdi ki, Azərbaycanın silahlı qüvvələri Ermənistanın suveren ərazisindən dərhal çıxarılmalıdır.
Nikol Paşinyan, ölkəmizə və erməni xalqına daim dostluq münasibətə görə Fransa prezidentinə təşəkkür etdi.
Emanuel Makron qeyd etdi ki, Fransa Ermənistanın üzləşdiyi problemlərin həllinə, ölkəmizin inkişafı və tərəqqisinə dəstək verməyə hazırdır.