Təhlükəsizlik Şurasının katibləri Armen Qrigoryan və Nikolay Patruşev arasında telefon danışığı olub. Bu barədə TŞ ofisindən məlumat verilir.
Telefon danışığının əsas mövzusu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət idi. Tərəflər fikir mübadiləsi apardılar və problemin mümkün həll yollarını müzakirə etdilər.
Armen Qrigoryan yaranmış vəziyyəti təqdim edərək, Ermənistanın bunu Azərbaycanın ER suveren ərazisinə təcavüzü kimi qiymətləndirdiyini vurğuladı və bunun qəbuledilməz olduğunu qeyd etdi. O həmçinin deyib ki, Azərbaycan silahlı birləşmələri həmin əraziləri tərk etməli və öz mövqelərinə qayıtmalıdırlar.
TŞ katibi Azərbaycan tərəfinin iddialarının əsassız olduğunu, hələ Sovet dövründən yuxarıda göstərilən ərazilərin erməni olduğunu əsaslandıran xəritələrin olduğunu vurğuladı.
Ermənistanın KTMT-yə müraciətindən danışan Armen Qrigoryan, məsələni ən qısa müddətdə həll etmək üçün KTMT daxilində lazımi mexanizmlərin işə salınmasının vacibliyini vurğuladı.
Nikolay Patruşev öz növbəsində bu məsələdə erməni tərəfinin təmkinini yüksək qiymətləndirdi və bunun həlli üçün mümkün olan bütün diplomatik səylərdən istifadə edilməsini vurğuladı və əlavə etdi ki, Rusiya tərəfi problemi ən qısa zamanda həll etmək üçün bütün səviyyələrdə intensiv işləyir.