Mayın 14-də Ermənistan Respublikasının Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas ilə telefon danışığı aparıb.
Vağarşak Harutyunyan, Azərbaycan təxribatı nəticəsində Syunikdəki vəziyyəti və erməni tərəfinin gördüyü hərəkətləri ətraflı şəkildə təqdim edib. Vəziyyətin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan Vağarşak Harutyunyan, eyni zamanda, Ermənistan Respublikasının suveren ərazilərinə qarşı bu cür təxribatları yolverilməz sayıb və bildirib ki, bu hərəkətlər onsuz da kövrək olan sülhü əhəmiyyətli dərəcədə təhlükə altına alır, regional təhlükəsizliyi də təhdid etdir. ER Müdafiə naziri həm də bildirib ki, Ermənistan Respublikasının vəziyyətlə əlaqədar olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəsmi müraciət edib.