Rusiya dövlətinin başçısının mətbuat katibi Dmitri Peskov ER Baş naziri vəzəfəsini icra edən Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığına toxunub. “TASS” agentliyinə əsasən, Peskov qeyd edib ki, erməni tərəfi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə əlaqədar son dərcədə narahat olduğunu bildirib, lakin Moskvadan yardım məsələsi müzakirə olunmayıb.
“Prezident Putin üçtərəfli razılaşmaların bütün müddəalarının yerinə yetirilməsinin vacibliyini vurğulayıb” – Peskov əlavə edib.
Kremlin mətbuat katibi həm də bildirib ki, Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə 14 mayda operativ görüş keçirəcək.