ER Parlamentinin sədri Ararat Mirzoyan bu gün Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə görüşüb.
"İkitərəfli münasibətləri müzakirə etməklə yanaşı, naziri dünən Azərbaycanın törətdiyi sərhəd təcavüzü barədə də məlumatlandırdım. Buna cavab olaraq Landsbergis vəziyyətlə bağlı dərin narahatlığını ifadə etdi və əmin etdi ki, Avropa Birliyi bu mövzuda aktiv addımlar atacaq"- Ararat Mirzoyan yazıb.