Syunikdə Sev liç bölgəsindəki vəziyyəti və gələcək addımları müzakirə etmək üçün Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının xüsusi iclası keçirildi.
Nikol Paşinyan qeyd etdi ki, Syunikdə mayın 12-də səhər Azərbaycanın Silahlı Qüvvələri Ermənistan ərazisinin 3.5 kilometrliyinə girib və bununla gölü nəzarətinə almağa çalışıb.
“Təbii ki, bu hərəkətlər Ermənistan üçün qəbuledilən deyil, çünki bu, Ermənistan Respublikasının suveren ərazisinə təcavüzdür. Ermənistan bu vəziyyətlə barışa bilməz. Bu, diversiya irəliləməsidir.
Yaranmış vəziyyət Ermənistan Respublikası üçün qəbuledilməzdir, lakin vəziyyəti nəzərə alaraq İlkin vəzifəmiz durumu danışıqlar, o cümlədən diplomatik yolla həll etməkdir. Ancaq bu, variantlardan yalnız biridi”,- deyə Nikol Paşinyan qeyd etdi.