KTMT Syunikdəki vəziyyətlə bağlı açıqlama yayıb:
“Mayın 13-də Ermənistan Respublikasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyagov, KTMT Daimi Şurasının iclası zamanı Ermənistan Respublikasının Azərbaycan Respublikası ilə dövlət sərhədində mayın 12-də baş verən hadisə barədə məlumat verib. Ermənistan tərəfinin fikrincə, Azərbaycanın silahlı qüvvələri sərhədi pozaraq bir neçə kilometr Ermənistan ərazisinə daxil olublar.
KTMT Baş katibi Stanislav Zas Ermənistan Respublikası Müdafiə naziri vəzifəsini icra edən Vağarşak Harutyunyan və Ermənistan Xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla mövcud vəziyyəti telefonla müzakirə edib.
KTMT Ermənistanın Syunik bölgəsinin sərhəd bölgələrindəki vəziyyətin inkişafını diqqətlə izləyir. Vəziyyət inkişaf etdikcə, zərurət olduqda, Kollektiv Təhlükəsizlik Müqaviləsi və KTMT Nizamnaməsinin müddəaları çərçivəsində tədbirlər görüləcəkdir”.