ABŞ konqresmeni David Valadao, ABŞ-ın Azərbaycana verdiyi hərbi yardımı dondurmağa və Azərbaycanın hərbi əməliyyatlarına və ya bu potensialın artırılmasına birbaşa və ya dolayı yolla töhfə verən əlavə yardımların qarşısını almağa çalışır.
Bir sıra konqresmenlərlə birlikdə Valadao ABŞ Dövlət katibi Entoni Blinkenə bu mövzu ilə bağlı məktub göndərdi. Məktubda deyilir:
“ABŞ-ın “Azadlığa Dəstək Aktının” 907-ci maddəsinə əsasən Azərbaycana yardımına dair uzunmüddətli qanuni məhdudiyyətlərdən imtina etmək barədə 26 aprel tarixli qərarınızdan narahatlığımızı bildirmək istəyirik. Bu hərəkət, Bakının Artsaxdakı erməni xalqına qarşı apardığı hərbi əməliyyatlardan, erməni əsirləri və saxlanılan şəxsləri sərbəst buraxılmasının gecikməsindən sonra xüsusilə narahatedicidir. Konqresin niyyətlərinə uyğun olmayan bu imtinanın səhv olduğunu düşünürük”.
ABŞ konqresmeni David Valadao ABŞ Dövlət Departamentini Azərbaycana hərbi yardımı dayandırmağa və əlavə yardım göstərməkdən çəkinməyə çağırdı.
ABŞ Konqresmeninin sözlərinə görə, Amerika vergi ödəyicilərindən toplanan və son illər ərzində Azərbaycana ayrılan 100 milyon dollardan çox vəsait Artsax və Ermənistana qarşı hərbi əməliyyatlara yönəldib.
Müharibə bitdikdən altı ay sonra, hərbi əsirləri və digər şəxsləri qanunsuz olaraq həbs edən Azərbaycan, ABŞ-dan yardım almamalıdır.