ABŞ Dövlət Departamenti mayın 12-də “2020-ci ildə Beynəlxalq Din Azadlığı Hesabatı”nı təqdim edib. Hesabatın Azərbaycana aid hissəsində Artsaxdakı erməni abidələrin durumu ilə bağlı bir sıra reaksiyalar yer alıb.
Qeyd olunub ki, son müharibə zamanı Şuşidəki Qazançetsots kilsəsinə iki dəfə raket atılıb, ancaq Dövlət Departamenti vurğulayır ki, kilsənin ermənilər tərəfindən hərbi məqsədlər üçün istifadə edildiyi barədə məlumat yoxdur.
Hesabatda deyilir ki, erməni tərəfinin istəyi ilə Rusiya sülhməramlıları Dadivankı mühafizə altına aldılar:
“Prezident Əliyevin Karvaçar kilsələrinin qədim alban dövlətinə aid olması barədə açıq danışması ermənilərdə Azərbaycanın bəzi dini yerlərin erməni irsləri ilə əlaqəsini pozmağa cəhd göstərə biləcəyi ilə bağlı narahatlıqlarını artırdı”,-hesabatda qeyd olunur.
Dövlət Departamenti Kanaç Jam və Mexakavandakı Astvatsatsin kilsələrinə qarşı vandalizmə də toxunub. Diqqətəlayiqdir ki, ABŞ Dövlət Departamenti Mexakavan erməni adından istifadə edib.
Bundan əlavə, Vaşinqton Azərbaycan hakimiyyətini "dini qruplar üçün qeydiyyatla bağlı ağır tələbləri ləğv etməyə və öz əsas azadlıqlarını həyata keçirməyə görə mühakimə olunanları azad etməyə" çağırıb.
Qeyd olunub ki, Azərbaycan hökumətin son bir ildə dini əqidəsinə görə dini fəalları fiziki zorakılığa məruz qoyması, həbs etməsi və həbsxanalara salması barədə məlumatlar vardır. Məlumatlara görə, Azərbaycan həbsxanalarında 40-dan 50-dək adam saxlanılır ki, fəallar onları dini əqidəsinə görə həbs edilmiş məhbuslar hesab edirlər.
Hesabata əsasən ötən il ərzində Azərbaycan məhkəmələri 2018-ci ilin iyulunda Gəncə merinə hücum və iki polisin öldürülməsilə bağlı iş üzrə ittiham olunan şəxslərin barəsində apellyasiyalara baxılmasını və hökm çıxarılmasını davam etdiriblər. Hakimiyyət bildirib ki, məhkum olunanlar konstitusiya quruluşunun pozulmasına yönəlmiş şiə "ekstremist sövdələşmə”nin iştirakçıları olublar.
“Vətəndaş cəmiyyəti fəalları və hüquq- müdafiə qrupları hökmlərin əksəriyyətini siyasi motivli hesab ediblər və hesablamalara görə, ilin sonunadək Gəncə hadisələri ilə əlaqədar 43 nəfər həbsxanada qalıb".
Hakimiyyət hökumətin ekstremist qrup kimi xarakterizə etdiyi və qeydiyyata alınmamış Müsəlman Birliyi Hərəkatı ilə bağlı şəxslərə qarşı da məhkəmə işlərini davam etdirib. Lakin hüquq müdafiəçiləri bu birlik üzvlərinin təqib olunmasını siyasi motivli hesab edirlər.
Hesabatda deyilir ki, ABŞ-ın Bakıdakı səfiri və ABŞ səfirliyinin digər əməkdaşları "hakimiyyəti dini əqidəsinə görə həbs olunanları azad etməyə çağırıblar".
"Səfir və səfirliyin əməkdaşları hökumət məmurlarını kiçik dini icmaların qeydiyyatı prosesilə bağlı problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, əqidəsinə görə orduda xidmətdən imtina edən şəxslər üçün alternativ hərbi xidmət tətbiq etməyə çağırıblar".