Ermənistanda son sutkada koronavirusa 354 yoluxma qeydə alınıb, 403 nəfər sağalıb. Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi ümumi sayı 219 950-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4272 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 206 078 nəfər sağalıb. Hazırda 8 550 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1023251 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1050 nəfərdir.