ER Parlamentinin sədri Ararat Mirzoyanın rəhbərlik etdiyi Litva Respublikasında rəsmi səfərdə olan Parlamentin nümayəndə heyəti, Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.
Ermənistan nümayəndə heyətini salamlayan Litva Prezidenti bu il iki ölsə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu bildirib.
Ermənistan-AB münasibətlərinə toxunaraq, bu il 1 mart tarixində qüvvəyə minmiş Hərtərəfli və Genişləndirilmiş Sazişin təsdiq edilməsi mühüm sayılıb.
Ermənistan Parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyəti təqdim edərək, Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləmək üçün ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.