Frankofoniya Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri (FPA Avropa üzrə missia rəhbəri Jan-Şarl luperto, Fransalı deputat Sofi Met, Kataloniyalı deputat Avrora Madaula, Kamerundan deputat Coşua Osih, FPA baş idarə katibi Emanuel Mori və FPA-nın Avropa üzrə müşaviri Fatmir Leçi) Ermənistana səfəri çərçivəsində Tsitsernakaberd memorialını ziyarət etdilər.
Heyət üzvləri, Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən əbədi atəşin önünə güllər qoydular və qurbanlartın xatirəsini ehtiramla yad etdilər.
Qonaqlar Erməni Soyqırımı Muzey-İnstitutunu da ziyarət etdilər, 20-ci əsrin fəlakətini təsdiqləyən sənədlərlə tanış oldular.