Bir qrup İspaniyalı millət vəkili və senatorlar Azərbaycandan erməni hərbi əsirlərinin azad edilməsini tələb etdilər. Bu barədə Ermənistanın İspaniyadakı səfirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, onlar Konqresin mərkəzi girişinin qarşısında “Erməni hərbi əsirlərinə azadlıq” yazılı plakatları qaldıraraq şəkil çəkdiriblər.