Rusiya Xİ naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib ki, Cənubi Qafqazdakı nəqliyyat qovşağının yaradılmasına dair məsələlər Yerevan-Bakı münasibətlərinin normallaşması üçün əsas ola bilər. Bu barədə TACC məlumat yayıb.
“Xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk. Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır”- Rusiya Xİ naziri qeyd edib.
“İnsanlar hiss etməlidirlər ki, bu proses artıq gedir, torpaqda real yaxşılaşma baş verir. Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir”- Lavrov vurğulayıb.
Onun sözlərincə, bu çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır.