Ermənistanda son sutkada koronavirusa 243 yoluxma qeydə alınıb, 475 nəfər sağalıb. Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi ümumi sayı 219 596-ya çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4256 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 205 675 nəfər sağalıb. Hazırda 8620 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1019359 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1045 nəfərdir.