Ermənistan gözləyir ki, Azərbaycanda olan erməni əsirləri və girov götürülən mülki vətəndaşlar məsələsi, Avropa Şurası Nazirlər Komitəsinin mayın 21-də keçiriləcək illik iclasında müzakirə ediləcək.
Martın 10-da Avropa İnsan Haqları Məhkəməsi Nazirlər Komitəsinə qərar qəbul edən qurum olaraq Azərbaycanı Avropa Məhkəməsinin qərarlarına riayət etməyi məcbur etmək üçün xəbərdar etmək qərarına gəlib.
Xatırladaq ki, erməni tərəfinin sübutlarına baxmayaraq, Bakı Azərbaycanda 72 erməni saxlanıldığını iddia edir. Bir qrup erməni vəkil bir neçə gün əvvəl 19 nəfərə işgəncə və qətl hadisəsi ilə əlaqədar Strasburq məhkəməsinə müraciət edib.
Ermənistanın AİHM-dəki nümayəndəliyinin vəkili-eksperti İqor Mirzaxanyan deyir: “Bu, əslində yeni təcrübədir, məhkəmədə heç vaxt belə bir presedent olmayıb”.
Onun sözlərinə görə, mayın 21-də Nazirlər Komitəsinin nazirlər səviyyəsində illik iclası planlaşdırılır və gündəliyi hələ təsdiq olunmayıb.
Nazirlər iclasında əsirlər məsələsinin hər hansı formatda qaldırılacağını gözlənilir.