Berlində azərbaycanlı mühacirlər Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər. Bu barədə Meydan TV-yə jurnalist, aksiya iştirakçısı Əfqan Muxtarlı məlumat verib.
Onun sözlərinə görə, aksiya siyasi fəal Bayram Məmmədovun Türkiyədə müəmmalı ölümü ilə bağlı olub.
Mühacirlər Türkiyə hökumətindən Bayram Məmmədovun ölümü ilə bağlı araşdırmaların obyektiv aparılmasını tələb ediblər:
Jurnalist aksiyanın saat 16:00-da Azərbaycanın Almaniyadakı səfirliyi önündə davam edəcəyini deyib.
Əfqan Muxtarlı azərbaycanlı mühacirlərin Avropada da təqib və təzyiqlərə məruz qaldığını deyir.
O hesab edir ki, bütün bu təzyiqlərin arxasında Azərbaycan hakimiyyəti durur.
Almaniyanın Düsseldorf şəhərində də Bayram Məmmədova görə aksiya keçirilib. Onlar Türkiyə hökumətindən tələb ediblər ki, Bayram Məmmədovun ölüm hadisəsi ədalətli araşdırılsın.
Qeyd edək ki, Azərbaycanlı fəal Bayram Məmmədov mayın 2-də Türkiyədə müəmmalı şəkildə vəfat edib, onun ölümü haqqında məlumat isə mayın 4-də yayılıb.