Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan saxlanılan erməni əsirləri ziyarət etməyə və ailələri ilə əlaqə saxlamağa kömək edir. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi məlumat verib.
“Biz Qarabağ münaqişəsi ilə əlaqədar həbsdə olan, rəsmi olaraq azadlıqda olmayan şəxsləri ziyarət etməyə davam edirik. Ailələri ilə əlaqə saxlamalarına kömək edirik. Bu, Qırmızı Xaçın müraciətləri, şifahi mesajları və son vaxtlar telefon danışıqları və əvvəlcədən qeydə alınan videoları vasitəsilə həyata keçirilir"- BQXK-nın yaydığı açıqlamada qeyd edilib.