Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı ilə görüşü zamanı bəyan edib ki, Rusiyan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aydın addımlar atmaq niyyətindədir. Bu barədə TACC məlumat yayıb.
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün razılaşmaları tam və vicdanla yerinə yetirmək niyyətindəyik. Ümid edirəm ki, ortaya çıxan problemlərin həllinə imkan verəcək aydın addımları göstərəcəyik. Təbii, vəziyyət asan deyil, uzun illərdir həllini tapmayıb” - Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Moskva bütün humanitar məsələlərin ilkin şərt olmadan operativ həll olunmasının tərəfdarıdır.
"Həlak olanların cəsədlərinin qaytarılması, itkin düşənlərin taleyi, hərbi əsirlərin geri qaytarılması barədə məlumatları nəzərdə tuturam" - Lavrov vurğulayıb.
Birgə mətbuat konfransında Azərbaycan Xİ naziri Ceyhun Bayramov bəyan edib ki, Azərbaycan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın öhdəliklərini tam yerinə yetirib. Bayramov söyləyib ki, guya erməni hərbi qulluqçularına beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun olaraq davranırlar.