Mayın 10-11-də Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıya işgüzar səfərə gələcək. Səfər çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev və Xİ naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin səfərlə bağlı məlumatında deyilir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək. Dağlıq Qarabağda vəziyyətin, Dağlıq Qarabağ nizamlanmasının humanitar aspektlərinin, münaqişədən sonra bərpa və dinc həyatın qurulması məsələlərinə nəzər salınması planlaşdırılır. Əsas vəzifələr arasında regionda bütün nəqliyyat əlaqələrinin və iqtisadi əlaqələrin açılması da var".