Ermənistanda son sutkada koronavirusa 411 yoluxma qeydə alınıb, 814 nəfər sağalıb.
Bu məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 219092-ə çatıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4225 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 204121 nəfər sağalıb. Hazırda 9708 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1012538 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1038 nəfərdir.