Azərbaycana qarşı beynəlxalq təzyiqlər gücləndi və ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin birgə səyləri nəticəsində Bakı əvvəlki açıqlamalarına baxmayaraq, üç soydaşımızı vətənə qaytardı.
Bunu Parlamentin “Mənim addım” fraksiyasının deputatı Tatevik Hayrapetyan deyib.
“Təbii ki, daha çox sayda soydaşımızın qayıtmasını gözləyirik və bunu Bakıdan tələb edirik. Bu, həm 9 noyabr üçtərəfli bəyanatı, həm də beynəlxalq humanitar hüququn bütün qaydalarına uyğun olaraq Bakının borcudur”,-deputat qeyd edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədr ölkələri də əsirləri dərhal geri qaytarmağa çağırdı. Rusiya XİN başçısı Sergey Lavrov da vurğulayıb ki, bu proses başa çatdırılmalıdır və Rusiya bu istiqamətdə səy göstərir.
Hayrapetyan qeyd etdi ki, Bakıya güclü beynəlxalq təzyiq olduğu göz qabağındadır və həmvətənlərimizin Bakıda bir gün daha saxlanılması Əliyev üçün əsl baş ağrısı olmalıdır.